Hətta ekspertlər də konyunksiya yanlışlığı buraxırlar. 1982-ci ildə Beynəlxalq Futurologiya konqresində bütün ali təhsilli adamlar, mütəxəssislər 2 qrupa bölündülər. A qrupu Daniel Kanemana 1983-cü ildə baş verə biləcək aşağıdakı məlumatı təqdim etdi: “Neft istehlakı 30% aşağı düşəcək”. O isə bu məlumatı olduğu kimi B qrupuna təqdim etdi: “Neftin qiymətinin dramatik şəkildə qalxması neftin istehlakının 30% ixtisara düşməsinə gətirib çıxaracaq”. İştirakçılar “öz” məlumatlarını onların nə qədər həqiqi hesab etdiklərini göstərməli idilər. Nəticə birmənalı şəkildə belə oldu. B qrupu öz proqnozuna A qrupunda olduğundan dəfələrlə çox inam bəsləmişdi.
Kaneman bu nöqteyi-nəzərdən çıxış edirdi ki, iki növ təfəkkür mövcuddur. Birinci növ intuitiv, avtomatik, bilavasitə təfəkkürdür; ikinci isə şüurlu, rasional, düşünülmüş və məntiqi. Təəssüflər olsun ki, intuitiv təfəkkürün əldə etdiyi nəticə şüurlu düşüncənin analitik fəaliyyətini qabaqlayır. Məsələn, 11 sentyabr 2011-ci ildə Ümumdünya Ticarət Mərkəzinin terror aktı nəticəsində dağıdılmasından sonra məndə dəyişikliklər baş verdi: yol hərəkət qəzaları riskini nəzərə alaraq, sığorta müqaviləsi bağlamaq qərarına gəldim.
Sayıq firmalardan biri konyunksiya yanlışlığından istifadə edir və “terrorizmdən sığortalanma” adlı xüsusi təklif verir. O vaxtlarda digər sığorta kompaniyalarının da bütün mümkün bədbəxt hadisələrdən (terrorizm də daxil olmaqla) müdafiə etməsinə baxmayaraq, mən bu təklifin tələsinə düşdüm. Mənim ağılsızlığımın ən yüksək nöqtəsi bu oldu ki, belə müdafiə hallarını nəzərdə tutan adi turistik sığortadan daha artıq ödəməyə hazır idim.
Nəticə: baş beynin sol və sağ yarımkürələrini unudun. İntuitiv və əqli düşüncə arasında fərq dəfələrlə vacibdir. İntuitiv düşüncədə konkret hadisələrə qarşı zəiflik var. Vacib qərarlar qəbul edərək, çalışın ki, bu zəiflikdən qurtulasınız.