az

Fridrix Nitsşe

leveår: 15 oktober 1844 25 august 1900

Bøger

Citater

aygulhar citeretfor 2 år siden
Və Zərdüşt belə dedi:

«Sizə dünyanın ən murdar məxluqundan danışmaq istəyirəm – cahil insandan.
aygulhar citeretfor 2 år siden
O adamları sevirəm ki, həyatın ötəri-itəri bir şey ol­duğunu anlayıb ondan beşəlli yapışmırlar.

O adamları sevirəm ki, nifrət etməyi bacarsın­lar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiy­mət­lən­dirə bilər.

O adamları sevirəm ki, canlarını boş xəyallara, mə­nasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edir­lər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni ola­caq.

O adamları sevirəm ki, dünyaya kor gəlib, kor get­məsinlər, həyatdan bir şey anlasınlar, öləndə də ar­xayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.

O adamları sevirəm ki, canına cəfa verir, özündən son­ra bir iz qoymaq istəyir.

Mərd adamları sevirəm, çünki gözü ilə od gö­türə-götürə dünyanın qəm yükünü çiynində daşıma­ğa tək onların hünəri çatar.

O adamları sevirəm ki, közü öz qabağına çək­mə­sin, ruhunu saflaşdırmağın qeydinə qalsın.

Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb, insan kimi də ölənləri sevirəm.

O adamları sevirəm ki, hər şeyin yaxşısına can at­­mırlar, əslində, tək bir yaxşı cəhəti olan adam ideal adam­dan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir.

O adamları sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir. «Mən taleyin bu bəx­şi­şi­nə layiqəmmi?» – deyə öz-özündən soruşur.

O adamları sevirəm ki, sözü havaya sovurmur, əmə­li boş vəddən üstün tutur.

O adamları sevirəm ki, gələcək qarşısında mə­su­liy­yət, keçmiş qarşısında ehtiram, indinin önündə fə­dakarlıq duysun. Fədakar adamları sevirəm, indi qə­dir-qiymətləri bilinməsə də, sabaha yalnız onlar üzüağ çıxacaqlar.

O kəsləri sevirəm ki, allahının da səhvlərini görür, lap Allahın qəzəbindən tar-mar olacağını bilsə belə, ayaq yeri qoymur.
aygulhar citeretfor 2 år siden
Hamı özünü ağıl dəryası hesab edir, elə bilirlər ye­rin altını da bilirlər, üstünü də. Gəl ki heç kim o bi­rini bəyənmir. Elə hey savaşır, söyüşürlər. Amma kin saxlamırlar, kinin cana ziyanı var axı.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)