bookmate game
az

Anar

  • Agshin Azizovhar citeretfor 2 år siden
    Birdən, doğrudan da, bütün bu sən demiş cəfəngiyat düz oldu, necə deyərlər, çin çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə bilər... Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənimçün yanacaq? Ərim? Tutalım bir ay, üç ay heyifsiləndi, sonra hər şeyi unudacaq gedəcək... Başqa kim — qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax həmin bu eyvanı da... Düz demirəm?
  • b1450529431har citeretfor 2 år siden
    Zaur işdən qayıdırdı. Hava soyuq idi, adamın iliyinəcən işləyən xəzri əsirdi. Yağış da çisələməyə başladı
  • b0559804224har citeretfor 2 år siden
    Amma bu rəmzin başqa mənası da var. Damların üstündə y-ellənən ağlar — həm də təslim bayraqlarıdır... İçərişəhərin köhnə evləri müasir buldozerlərə müqavimət göstərə bilmirlər, onlar dağılmağa, sökülməyə məhkumdurlar və təslim bayrağı kimi damların üstündə mələfələri, döşəküzülərini qaldırırlar... Kiminsə şeri vardı bu məzmunda... “Ağ döşəküzüləri yelkənlərdir...”, ya “uzaq cənub dənizlərinə kölgə düşür bu yelkənlərdən...” — xatirimdə deyil.
  • b0559804224har citeretfor 2 år siden
    Və bu təbəssüm bir müddət – bəlkə də çox qısa bir müddət – hər ikisinin qayğılarını, nigarançılıqlarını, irili-xırdalı bütün qəm-qüssələrini unutdurdu, ürəklərini səadətlə olmasa da, xoş, ilıq mehribanlıqla, sakitliklə doldurdu.
  • b0559804224har citeretfor 2 år siden
    On altıncı əsrdən, — dedi.
    — Düzdür, elə mən özüm də ya on beşinci əsrdən ya da on dördüncü əsrdənəm. Amma görürsən iyirminci əsrdə görüşmüşük... Elə bütün işlər bundadır da...
  • b0559804224har citeretfor 2 år siden
    bu sözlər xalqın təfəkkürünü yüz dənə qalın elmi kitabdan daha gözəl ifadə edir.
  • b0559804224har citeretfor 2 år siden
    Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür duyublar, eyni duyğular keçiriblər – məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman, nisgil, ümid, həsrət duyğuları – və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla “səndən mənə yar olmaz” qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan, tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox, əlbəttə, biz bir-birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, biz bir-birimizinik, əlbəttə, “səndən mənə yar olmaz...”
  • b0559804224har citeretfor 2 år siden
    Zaur Dadaşın nitqindəki hər çaları
  • b0559804224har citeretfor 2 år siden
    yaxşıca duyurdu; eşqdən, məhəbbətdən danışanda – rişxəndini, gənclikdən, gözəllikdən danışanda – həsədini, aralarında hər şeyin bitib-tükənməsindən danışanda – duyduğu ləzzəti – hər şeyi, hər şeyi qavrayırdı. Zaur onu da bilirdi ki, bu ağsaqqal təmkini, bu həlim danışıq, bu öyüd-nəsihət – hamısı eyni bir məqsədə yönəlmişdi: Zauru sındırmaq, qırmaq, ram etmək – hədələrlə, tənələrlə, inzibati tədbirlərlə nail ola bilmədiklərinə Dadaşın xəbis müdrikliyilə, mötəbər məqsədlərilə, mülayim rəftarıyla çatmaq istəyirdilər
  • aysuqenberova579har citeretfor 2 år siden
    Atlantik okeanında çimdilər, şəhəri dolaşdılar, – uca, ağappaq binaları, qamışla samandan quraşdırılmış komaları gördülər

    Uca- sadə, adi dərəcə, əlamət
    Ağappaq - mürəkkəb, çoxaltma dərəcəsi, əlamət

fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)