az

Haruki Murakami

  • b8468989854har citeretfor 2 år siden
    — Bilmirəm, – dedim. – Yəqin ki, qarışqa yuvasında yır-yığış eləyib, qış ehtiyatlarına əl gəzdirirlər. Axı qarışqalar zəhmətkeş varlıqdı.
    — Onda niyə bu qədər zəhmətkeş varlıq olan qarışqalar hələ də qarışqa olaraq qalıb?
    — Bilmirəm. Bəlkə də, onların quruluşu meymunlarınkı kimi, təkamülə uyğun deyil.
    — Mən heç bilməzdim ki, sən bu qədər çox şeyi bilməyəsən. – Midori təəccübləndi. – Mənə həmişə elə gəlirdi ki, Vatanabe dünyanın altını da, üstünü də bilir.
    — Axı dünya çox böyükdü, – dedim.
    — Hə, dağları çox uca, dənizləri çox dərindi, – Midori köksünü ötürdü.
  • b8468989854har citeretfor 2 år siden
    Ölüm həyatın o tərəfindən deyil, həyatın içindədi.
  • b8468989854har citeretfor 2 år siden
    amımız (mən həm sağlam, həm də normal olmayan insanları nəzərdə tuturam) mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq.
  • b8468989854har citeretfor 2 år siden
    Ölüm həyatın o tərəfindən deyil, həyatın içindədi.
    Şübhəsiz ki, bu, həqiqət idi. Biz yaşaya-yaşaya öz ölümümüzü də böyüdürük. Amma bu, xəbər tutmamağımızın mümkün olmadığı həqiqətin bircə tikəsiydi.
  • b8468989854har citeretfor 2 år siden
    Odu ki, özünü çox da üzmə. Sən neynirsən elə, lap heç nə eləmə, həyat öz-özünə axıb gedəcək. İnsanın əzab çəkmək vaxtı gələndə, o, mütləq əzab çəkməlidi. Həyat, bax, belə qəliz məsələdi. Bəlkə də, sənə elə gəlir ki, mən həddən artıq ali şeylərdən danışıram, amma məncə artıq sənin gözlərini yavaş-yavaş həyata açmağın vaxtıdır.
  • b8468989854har citeretfor 2 år siden
    Hamımız (mən həm sağlam, həm də normal olmayan insanları nəzərdə tuturam) mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq
  • b8468989854har citeretfor 2 år siden
    Naokonun ölümü mənə bunları öyrətmişdi. Heç bir gerçək, insanın doğma adamının ölümünün gətirdiyi kədərdən xilas edə bilməz. Heç bir həqiqət, heç bir ruhsallıq, heç bir güc, heç bir incəlik adamı bu kədərdən qurtara bilməz. Bizim bu kədəri doyunca yaşamaqdan, sonra ondan nəsə öyrənməkdən başqa çıxış yolumuz yoxdu. Amma kədər sənə nə öyrədir öyrətsin, gələn dəfə başqa, heç gözləmədiyin kədərlə üz-üzə gələndə o təcrübə sənə heç cürə kömək edə bilməyəcək. Mən qaranlıq gecələdə təktənha oturub, dalğaların səsinə, küləyin uğultusuna qulaq asır və bunları düşünürdüm
  • b8468989854har citeretfor 2 år siden
    Penny Lane”, “Black Bird”, “Julia”, “When I'm Sixty Four”, “Nowhere Man”, “And I love her”, “Hey, Jude” mahnılarını ifa elədi.
  • b8468989854har citeretfor 2 år siden
    O, Riçard Rocersin41, Lorenz Hartın42, Corc Qerşvinin43, Bob Dilanın44, Rey Çarlzın45, Kerola Kinqin46, Stiv Uanderin47 melodiyalarını, sonra “Ue-wo muite arukou”nu çaldı. Sonra “Blue Velvet”, “Green Fields”i də ifa elədi. Bir sözlə, o dayanmadan, melodiyaları bir-birinə calayaraq çalırdı. Hərdən gözlərini qapayır, başını yelləyərək, mahnıları burnunun altında zümzümə eləyirdi
  • Fira Mirelihar citeretfor 2 år siden
    ÖLÜM HƏYATIN O BİRİ ÜZÜ DEYİL, ONUN BİR PARÇASIDIR.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)