Qaraqan

  • Gunel Askerlihar citeretfor 2 år siden
    Mənə insanların xoşbəxtliyindən danış.
    Sonra danışdıqlarına gül,
    Güldüklərini ağla.
    Utan və yalanlarını geri götür.
  • Mirzahar citeretfor 2 år siden
    Gecə, çılpaq sütunlar, Kərəmin pul tapdığı tikinti sahəsi. On nəfər qara pencəkli, qara eynəkli adam – dırnağına kimi silahlanmış, yəqin ki, nə isə bir mal alırlar, ya da satırlar. Onlarla üzbəüz başqa bir qrup.
  • Muzo 73har citeretfor 2 år siden
    Yağışın yağması lap Prezidentin yol keçməsinə bənzəyirdi. Əvvəlcə bomboş yoldan bircə avtomobil keçir, bir dəqiqə sonra iki patrul maşını, daha sonra bir neçə maşın da göydən düşən bu damlalar kimi şütüyür, sonra isə ardı-arası kəsilməyən avtomobil karvanı. İpək kimi təmizlənmiş yolun kənarından maşınlara baxan qara camaatın arxa oturacaqda prezidenti görmək arzusunu ürəklərində qoyaraq gözdən itən maşın karvanı...
  • Muzo 73har citeretfor 2 år siden
    Lap üçüncü sinifdə yazdığı imlalar kimi.

    Müəllim tez dedikdə o çatdırmayıb dala qalırdı. Və belə olduqda qələmi kənara qoyub uşaqların bitirməsini gözləyirdi. Yalnız bundan sonra o parta yoldaşından imlanı götürüb üzünü köçürürdü. İmlalar isə
  • Muzo 73har citeretfor 2 år siden
    uzun və sıxıcı olduğundan bütün sinif yazan vaxt o nə yazır, nə

    dinləyir, nə də başqa bir şey edirdi. Sadəcə, qələmini qurdalayır və

    vaxtın necə keçdiyini anlamırdı. İndi də həyatı elə idi.
  • Muzo 73har citeretfor 2 år siden
    sağlamlıq mərkəzi" adlanmayacaq, bizdə xəstələr düzələn deyil. Bir yerin ki adı "xəstə xana" oldu, bu nə deməkdir?
  • Muzo 73har citeretfor 2 år siden
    İnsanlar indi faciə olmayan hər şeyi xoşbəxtlik adlandırırlar.
  • Muzo 73har citeretfor 2 år siden
    Təbiətin qanunları insanların keyfiyyətinə yox, kəmiyyətinə üstünlük verir.
  • Muzo 73har citeretfor 2 år siden
    Allah Adəmi palçıqdan yaradanda bir ovuc palçıq artıq qalır. O da Adəmə deyir, ey insan, səni yaratdım, amma bir ovuc palçıq artıq qalıb, bəs bundan sənə nə düzəldim?

    Adəm deyir:

    -Xoşbəxtlik.

    Allah gülümsəyib Adəmin ovcunu açır və palçığı onun ovucuna qoyur:

    -Ala, onu da özün düzəlt.
  • Muzo 73har citeretfor 2 år siden
    Bu, hətta tibdə xəstəlik kimi də qəbul olunub. Bədəndə sirotoninin çatışmaması ilə əlaqədar insan pulu düzgün xərcləyə bilmir. Məsələn, çox susadığı halda iyirmi qəpiklik suyu özünə qıymır, amma beş

    addım irəlidə çox bahalı və heç vaxt istifadə etməyəcəyi bir əşyanı alır.

    Bu çox qəribə bir haldır. Və insanı kasıblığa gətirən ən pis xəstəliklərdəndir. Bəzi insanlar, ümumiyyətlə, elə bu cür doğulur.

    Onlar pulu bölə bilmir, puldan düzgün istifadə etməyi bacarmır.

    Onlara həmişə elə gəlir ki, hər şey bahalaşıb, pul heç nəyə çatmır.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)