bookmate game

Alan ve Barbara Piz

  • Aytekin Hesenovahar citeretfor 2 år siden
    Qadın beynində başqalarının davranışını qiymətləndirməyə xidmət edən 14-16 zona var, kişi bey­nində bu zonaların sayı 4-6-dır.
  • Şafa Azizhar citeretfor 2 år siden
    MRT (Maqnetik Rezonans Tomoqrafiya)
  • Şafa Azizhar citeretfor 2 år siden
    Məsələn, baş qaşımağın müxtəlif səbəbləri ola bilər; adam başını tərləyəndə, kəpək çox olanda, başına bit düşəndə, həm də nəyisə unudanda, nəyəsə arxayın olmayanda, qə­rar­sızlıqdan əziyyət çəkəndə, ya da yalan danışanda qa­şıyır. Bu qaşınmanın əsl səbəbini o biri jestlərə də diqqət etsəniz, tapa bilərsiz.
  • Şafa Azizhar citeretfor 2 år siden
    Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir: şə­hadət barmaq yanağı göstərir, baş barmaq çənəyə dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Bu insanın eşitdiklərilə razılaşmadığını dəqiqləşdirmək istəyirsizsə, aşağı baxın. Ayaqlar bir-birinin üstə aşırılıbsa, o biri qol bədəni örtürsə (müdafiə), baş aşağıdırsa (neqativ/düşmən) cümlə təxminən belədir: “Sizinlə razı deyiləm”, ya da “Sualınız heç xoşuma gəlmədi”, yaxud “Mən öz neqativ hisslərimi gizlətməyə çalışıram”.
  • Şafa Azizhar citeretfor 2 år siden
    Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn, əgər biri qollarını sinəsində çarpazlayıb, ayaqlarını bir-birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu adamı soyuq bir gündə, avtobus dayanacağında görürsünüzsə, onun kimdənsə deyil, soyuqdan müdafiə olunduğunu anlayacaqsız. Yox, əgər bu adam sizin qarşınızda əyləşibsə və siz ona məhsul, ya da xidmət təklif edirsizsə, özünüzü yormayın, bu adam sizin təklifinizi rədd etmək niyyətindədir.
  • Gunayhar citeretfor 2 år siden
    Əsl təbəssüm gözlərin ətrafında qırışlar yaradır.

    Riyakar adam yalnız dodaqlarıyla gülümsəyir.
  • Gunayhar citeretfor 2 år siden
    Ümumiyyətlə, qadınlar kişilərdən daha perspektivli­dirlər və biz bunu çox vaxt “qadın intuisiyası” deyə ifadə edirik. Qadınlar sözsüz işarələri tutmaq və şifrələməkdə fitri istedada malikdirlər, eləcə də kiçik detalları görməkdə sərrastdırlar. Elə buna görə də xanımına yalan danışa bilən və canını yalanla qurtaran kişilərin sayı çox azdır, qadın isə əksinə, kişinin başına corab toxuyar, onun xəbəri olmaz.
  • b3117546921har citeretfor 2 år siden
    İnsanı sözün əsl mənasında anlamaq sadə işdir, asan deyil, amma sadədir. Sadəcə, hadisənin baş verdiyi mü­hitdə gördüklərinizi eşitdiklərinizlə müqayisə edirsiz və nəticəyə gəlirsiz. Amma çox adam gördüyünü güman etdiyi şeyləri görür
  • b2849676786har citeretfor 2 år siden
    Sizin bədən dili lüğətiniz

    İlk kitabımız satışla məşğul olanlar, menecerlər, dəllal­lar, məsul işçilər üçün nəzərdə tutulmuş dərslik kimi idi. Amma bu kitabı hər yerdə
  • Aytekin Hesenovahar citeretfor 2 år siden
    artıq çəkisindən utanan kişi çənəsinin altındakı dərini dartmağa çalışır; budlarının çox yoğun olduğunu bilən qadın donunu aşağı çəkir; qorxu hissi olan, ehtiyatlanan adam ya qollarını sinəsində çarpazlayır, ya da ayağını ayağının üstünə aşırır, yaxud hər ikisini edir; sinəsi açıq qadınla söhbət edən kişi gözlərini yayındırmağa, qadının döşlərinə zillənməməyə çalışa bilər, amma eyni zamanda, özündən asılı olmayaraq əlləriylə nəyisə axtarırmış, nəyəsə toxunmaq istəyirmiş kimi hərəkətlər edər.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)