Frensis Skott Fitscerald

Möhtəşəm Qetsbi

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
«Möhtəşəm Qetsbi» romanı Amerika ədəbiyyatındakı «Caz Əsri» adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır. Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı. Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir.
Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. Ona bəslənən bu rəğbət indinin özünəcən yaşayır və hətta bugünkü Amerika ədəbi tənqidi onu «Caz Əsrinin» tərənnümçüsü saymaqda bu gün də israrlıdır. Artıq heç bir şübhə yoxdur ki, F.S.Fitsceraldın yaradıcılığı Ş.Andersonun, E.Heminqueyin, T.Vulfun əsərləriylə bərabər, amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir.
Denne bog er ikke tilgængelig i øjeblikket
180 trykte sider
Copyrightindehaver
Qanun Nəşriyyatı
Har du allerede læst den? Hvad synes du om den?
👍👎

Vurderinger

  • Ruslanhar delt en vurderingfor 8 år siden
    💩Meningsløs
    💤Mega kedelig!

    Filmi daha gözəl alınıb. Əsər filmə baxanda daha zəyifdir.

  • Айгюн Саядлыhar delt en vurderingfor 4 år siden
    💞Superromantisk
    🚀Opslugende
    💧Tåreperser

    Filmi ən favorilərim arasındadır.Kitabını da oxudum.Çox bəyəndim.Kitabı oxuduqca gözümün önünə filmdəki səhnələr gəldi Leonardo di Caprio möhtəşəm aktyordur.Elə bu rol tam ona uyğundur.Çox təsirləndim onun ölümünə.

  • günelhar delt en vurderingfor 8 år siden
    👍Værd at læse
    💡Lærerig
    🚀Opslugende

    Əsərə söz ola bilməz, çəxsən çox bəyəndim. Əsas yadımda qalan bir hissə oldu. Getsbi varlı olanda, hər həftə malikanəsində məclislər düzəldəndə ətrafında onlarla insan olur. Amma sonda vəziyyət dəyişəndə təzəcə tanıdığı qonşudan başqa hamı ətəyini bir tərəfə çəkir. Məncə çoxlarına dərs ola biləcək kitabdı.

Citater

  • Gunel Najafovahar citeretfor 9 år siden
    — Əgər nə vaxtsa kimisə ittiham etmək fikrinə düşsən, — dedi, — unutma ki, səndə olan üstün cəhətlər dünyadakı bütün insanlarda yoxdur.
  • Şəbnəmhar citeretfor 8 år siden
    Tez-tez ən mürəkkəb varlıqların açarı olan, bu səbəbdən də tez-tez məni zəhlətökən adamların qurbanına çevirən mühakimələrimdə təmkinli olmaq vərdişim də elə burdan gəlir.
  • b0497577606har citeretfor 9 år siden
    VIII fəsil

    Bütün gecəni yata bilmədim; hava dumanlı idi, boğazdan fasiləsiz siqnal səsi gəlirdi və mən qızdırmalı kimi, qorxunc gerçəkliklə kabus yuxular arasında vurnuxurdum. Sübhdən öncə Gestsbinin villasına taksi yaxınlaşdığını eşitdim; tələsik çarpayıdan qalxıb, geyinməyə başladım – mənə elə gəlirdi ki, ona nəsə deməliyəm; nə barədəsə onu xəbərdar etməliyəm, ona görə ki, sonra gec ola bilər.
    Uzaqdan gördüm ki, giriş qapısı örtülməyib, Qetsbi isə masaya stola söykənərək dayanıb – ya fiziki, ya da daxili yorğunluqdan tamamilə büzüşmüş vəziyyətdəydi.
    — Heç nə olmadı, — o, zəif səslə dedi. — Mən təxminən dördə qədər gözlədim, sonra o, pəncərəyə yaxınlaşdı, bir dəqiqə dayandı və işığı söndürdü. — Qetsbinin evi mənə heç vaxt iri və boş otaqları gəzib, siqaret axtardığımız bu gecəki qədər böyük görünməmişdi. Biz çadır döşəmələrinə bənzəyən örtükləri araladıq, əlimizi qaranlıq divarların üstüylə sürüşdürərək elektrik açarlarını axtardıq; qaranlıqda hətta bir dəfə açıq royalın üzərinə yıxıldım səslər şırnağı üzərimə fışqırdı. Otaqlar çoxdan havalanmırdı deyə hər yerdən kif qoxusu gəlirdi və bu qədər tozun hardan gəlməsi ağlasığmaz idi. Nəhayət, masalardan birinin üstündə siqaret qutusu tapdıq, içində iki köhnə və qurumuş siqaret vardı. Biz böyük otaqdakı pəncərəni taybatay açıb qabağında oturduq və qaranlığa baxa-baxa siqaret çəkməyə başladıq.
    — Siz çıxıb getməlisiz, — dedim mən. — Polis yəqin sizin maşının izinə düşəcək.
    — Getmək? Elə indimi, dostum?
    — Bir həftəlik ya Atlantik-Sitiyə, ya da Monreala gedin.
    Ancaq o bu barədə eşitmək belə istəmirdi. Dezinin nəyə qərar verdiyini bilmədən onu necə qoyub gedə bilərdi? O, hələ də bu dəli sevdaya möhkəm ümid eləyir, mənimsə bu ümidi onun əlindən almağa gücüm çatmırdı.
    Öz gəncliyinin qəribə hekayətini və Den Kodi ilə birlikdə keçirdiyi sərgərdan həyatı barədə mənə onda danışdı, ona görə danışdı ki, “Cey Qetsbi” Tomun ağır və qəzəbli zərbəsi nəticəsində şüşə kimi çiliklənmiş, çoxillik feeriya4 başa çatmışdı. Yəqin ki, o zaman o, başqa etiraflardan da çəkinməzdi, ancaq o, Dezi barədə danışmaq istəyirdi, yalnız Dezi haqqında.
    Dezi onun həyatında “yüksək cəmiyyətdən olan” əvvəlinci qız idi. Yəni o bu cür insanlarla qarşılaşmışdı, ancaq həmişə onlarla sanki gözəgörünməz məftil maneələr arxasından ünsiyyətdə olmuşdu. Dezi elə ilk baxışdan ona başgicəlləndirən həddə arzuolunan görünmüşdü. Əvvəlcə Kemp-Teylordan olan zabitlərlə birlikdə onun evində olmuşdu. Heç vaxt belə gözəl ev görmədiyindən heyrətlənmişdi. Ancaq ən gözəl, ruh oxşayan şey Dezinin bu evdə yaşamasıydı, onun düşərgə çadırında yaşadığı kimi sadə yaşaması. Burada hər şey açılmağa hazır sirləriylə cazibədardı, yuxarıdakı gözəl və sərin, bu vaxta qədər gördüklərinə qətiyyən bənzəməyən yataq otaqları, uzun dəhlizlərə sığmayan qayğısız şənliklər, zamanın büzüşdürmədiyini quru lavanda ətri verən, amma canlı, titrək, son dəbdə avtomobillərin parıltısından və çiçəkləri hələ də solmayan balların səs-küyündən ayrılmayan məhəbbət intriqaları haqda düşünməyə məcbur edirdi. Dezinı ona qədər bir çox kişilərin sevməsi də onu həyəcanlandırır, gözündə onun dəyərini yüksəldirdi. Hər tərəfdə onların gözəgörünməz varlığını hiss edirdi; sanki havada hələ də səngiməyən əzabların hənirtisi qalmışdı.
    Ancaq yaxşı başa düşürdü ki, bu evə, sadəcə, təsadüfün qeyri-adi oyunları nəticəsində gəlib düşüb. Cey Qetsbini hər necə parlaq gələcək gözləsə də, hələlik o, nə keçmişi, nə də cibində qara quruşu olmayan cavan bir oğlan idi, əynindəki gözəgörünməz bürüncək rolunu oynayan hərbi mundir isə hər an çiyinlərindən sürüşüb düşə bilərdi. Bu səbəbdən də vaxt itirməməyə çalışırdı. O götürə biləcəyi hər şeyi vəhşicəsinə, düşünmədən qamarlayırdı və sakit bir payız axşamında Dezini də beləcə qamarlayıb götürdü, ancaq yaxşı bilirdi ki, ona barmağını toxundurmağa belə haqqı yoxdur.
    Buna görə özünə nifrət də edə bilərdi, çünki əslində onu aldadaraq ələ almışdı. Təkcə xəyali milyonlarıyla bağlı uydurmalarını işə saldığına görə deyil, o, həm də Deziyə ayaqları altda möhkəm zəmin olması illüziyasını aşılamış, özünü onun mühitindən olan birisi kimi qələmə vermiş, onun taleyi ilə bağlı bütün məsuliyyəti öz öhdəsinə götürməyə qadir olduğunu söyləmişdi. Əslində isə bu barədə düşünməyə belə dəyməzdi, o, əsli-nəsli olmayan kimsəsizin biriydi və simasız hökumətin şıltaqları onu istənilən anda dünyanın o başına ata bilərdi.
    Ancaq o özünə nifrət etməli olmadı, çünki necə düşünmüşdüsə, elə də alındı. O, yəqin ki, mümkün olanı götürüb, getmək barədə də düşünmüşdü, ancaq sən demə, özünü əbədi olaraq müqəddəs sənəmə xidmətə məhkum edibmiş. Dezi ona əvvəllər də qeyri-adi, özünəməxsus görünürdü, ancaq “cəmiyyətdən olan qızın” bu dərəcədə qeyri-adi olduğunu təsəvvürə gətirə bilməzdi. O öz varlı evində, zəngin, ağzınadək dolu həyatının içərisində qeyb oldu, o isə heç nəsiz qaldı – təbii ki, əgər guya ər-arvad olduqlarına dair qəribə duyğunu nəzərə almasaq;
    İki gündən sonra onlar yenidən görüşəndə, onun yox, Qetsbinin nəfəsi təntidi, Dezi yox, sanki o özü tələyə düşmüşdü. Dezinin evinin eyvanı ən parlaq ulduzların işığına qərq olmuşdu; Dezi ona tərəf dönəndə və Qetsbi onun qəribə tərzdə büzdüyü incə dodaqlarından öpəndə həsir divan yorğun-yorğun cırıldadı. Dezi zökəm olduğu üçün azca xırıldadı və bu onun səsinə xüsusi məlahət verdi. Qetsbi əsirlikdə olan, zənginliklə mühafizə olunan gəncliyin sirrini və altında gümüş kimi parlaq, firavan, məğrur Dezinin olduğu paltarların təzə ətrini qoxulayaraq, yoxsulların üzücü mübarizəsindən sonsuz dərəcədə uzaq olduğunu tam aydınlığıyla dərk etdi.
    — Onu sevdiyimi dərk edəndə nə boyda heyrətə qərq olduğumu deməyə söz tapmıram, dostum. İlk vaxtlar hətta məni atacağına ümid edirdim, ancaq o bunu etmədi, axı o da məni sevirdi. O mənim çox bilikli olduğumu düşünürdü, amma bizim biliklərimiz bir-birindən fərqliydi... Elə oldu ki, mən öz şöhrətpərəst düşüncələrimi tamamilə unudub, yalnız hər dəqiqə artan məhəbbətimlə məşğul oldum. Artıq mənimçün fərqi yox idi. Nələr etməyə hazırlaşdığımı ona danışmaq, nəsə etməkdən, nəyəsə nail olmaqdan qat-qat asan olduğundan heç nəyə cəhd göstərmirdim.
    Avropaya yola düşməzdən qabaqkı son axşamı onlar qucaqlaşaraq, uzun müddət dinməzcə oturublar. Hava soyuq və nəmiş olub, otaqda buxarı yandığından Dezinin yanaqları qızarıbmış. Arabir onun qucağında qurcuxduğundan Qetsbi ona rahatlıq xətrinə pozanı — dəyişirmiş. Bir dəfə onun tünd rəngli, ipək saçlarından öpüb. Qaranlıq düşənə yaxın sakitləşiblər ki, sabah səhərdən başlayacaq uzun ayrılıq boyunca bu axşam yaxşı yadlarında möhkəm qalsın. Bir aylıq məhəbbətləri ərzində bir-birinə heç vaxt bu qədər yaxın, bu dəqiqələrdə olan qədər səmimi olmayıblar, Dezi susqun dodaqlarıyla onun mundirinin çiyninə toxunub, ya da Qetsbi onun barmaqlarını elə ehtiyatla sığallayıb ki, sanki onu oyatmaqdan qorxub.
    Hərbi karyerası uğurlu olub. Hələ cəbhəyə yola düşməzdən əvvəl ona kapitan rütbəsi verilib, Arqon döyüşündən sonra isə mayor rütbəsi alaraq diviziyanın pulemyot batalyonuna komandanlıq edib. Sülhdən sonra o, evə qayıtmağa can atıb, amma hansısa çətinlik və ya anlaşılmazlıq onu Oksforda çıxarıb. Dezinin məktubları əsəbilik və qüssə doğurduğundan o, təlaş içindəymiş. Dezi onun yubanmasını başa düşmək istəmirmiş. Onu hər tərəfdən sıxırmışlar, elə ona görə də, Qetsbini görmək, onu öz yanında hiss etmək, yanlışa yol vermədiyinə əmin olmaq istəyirmiş.
    Axı Dezi gənc idi, onun qondarma dünyasında səhləblər çiçək açmış, yüngül, xoş snobizm hökmranlıq edir, orkestrlər hər il yeni ritmləri dəbə mindirir, melodilərdə həyatın kədəri və ikimənalıq əks olunurdu. Saksafonların iniltisi altında gecələr “Biybl-street blyuz”un qəmli şikayətləri oxunur, yüzlərlə qızılı, gümüşü çəkmələr parketlərin parıldayan tozunu qaldırırdı. Darıxdırıcı çay dəstgahlarında belə, bu şirin-zəif titrəyiş bəzi qonaq otaqlarını durmadan doldurur, tanış sifətlər trubaların darıxan nəfəslərini döşəmə üstündə qovur o yan-bu yana uçuşan qızılgül ləçəkləri kimi gah burda, gah da orda zühur edirdi.
    Mövsümün başlamasıyla Dezi yenidən bu ala-toran aləmin burulğanına düşdü. O, yenidən gün ərzində yarım düjün görüşlərdə elə yarım düjün cavan oğlanlarla görüşürdü; yenidən, sübhə yaxın, əzilmiş bal paltarını ölməkdə olan səhləb çiçəkləriylə birlikdə döşəməyə atıb ölü kimi yatağına uzanırdı. Ancaq içindən gələn səs daim ondan israrla qərar qəbul etməyi tələb edirdi. O öz həyatını, elə indicə, bu gün qurmaq istəyirdi; ancaq qərar qəbul etməsi üçün hansısa güc – sevgi, pul, danılmaz mənfəətlər lazım idi ki, onu da uzaqlarda axtarmağa gərək yox idi.
    Belə bir güc baharda, Tom Byukenen Luisvillə gələndə tapıldı. Onun vüqarlı görkəmi və cəmiyyətdə bundan heç də zəif olmayan nüfuzu Dezini tamahsılandırdı. Yəqin ki, daxilən öz-özüylə mübarizə aparmalı oldu və bir qədər rahatlıq tapdı.
    Qetsbi məktubu hələ Oksfordda olarkən alıb.
    Lonq-Aylenddə artıq dan yeri ağarmışdı. Biz aşağı mərtəbənin bütün otaqlarını gəzərək, pəncərələri bir-bir açıb, boz, amma qızarmaqda olan havanı içəri buraxdıq. Şehli torpağa ağacların kölgəsi düşdü, yaşıl yarpaqların arasında xəyali quşlar oxudu. Meh qədər incə belə əsməyən yumşaq sərin hava o qədər də isti olmayacaq mülayim gün vəd eləyirdi.
    — Yox, Dezi heç vaxt onu sevməyib. — Qetsbi üzünü yenicə açdığı pəncərədən çevirib, meydan oxuyurcasına mənə tərəf baxdı. — Unutmayın, dostum, axı dünən o, həyəcandan özünü itirmişdi. Əri onu sadəcə qorxutdu, elə danışdı ki, sanki mən xırdaca bir oğruyam. Dezinin nə danışdığını özünün belə bilməməsi təəccüblü deyildi.
    O oturub, pərt halda qaşlarını çatdı.
    — Bəlkə də təzə evlənəndə hansısa qısa dəqiqələrdə onu sevib, ancaq onda belə məni daha çox istəyib.
    Birdən o susdu və çox qəribə bir fikir söylədi.
    — Hər halda, bu yalnız onun özünə aiddir.
    Buradan hansı nəticə çıxırdı? Məgər o, Dezi ilə münasibətlərində yalnız ölçüyəgəlməz dərinliyi görürdümü?
    O, Ştatlara Tom və Dezi toy səyahətində olarkən qayıdıb və ordudan aldığı maaşın qalığını çətin, ancaq çox arzuladığı Luisvill səfərinə xərcləyib. Orada bir həftə qalaraq, noyabr axşamlarının sakitliyində mehribancasına addımladıqları küçələri veyllənib, onun bəyaz maşınında getməyi xoşladıqları şəhər kənarında dolaşıb. Dezinin yaşadığı ev ona həmişə bütün digər evlərdən sirli və cazibədar göründüyü kimi, onun doğma şəhəri də, özü burada olmasa belə, ona hüznlü gözəllik dolu şəklində görünüb.
    Luisvilli tərk edərkən, “yaxşı-yaxşı axtarsaydı, bəlkə də onu ta-par, şəhərdə qaldığını öyrənərdi” fikri onu rahat buraxmayıb. Bilet pulunu güclə düzəltdiyi ümumi vaqonda sıxlıq və boğanaq imiş. O, vaqon meydançasına çıxaraq yığılıb-açılan stulda əyləşib, vağzalın geri getdiyinə, tanımadığı tikintilərin yanından necə süzüb keçdiklərinə tamaşa edib. Sonra geniş yaz çölləri açılıb; hardansa ağzınadək adamla dolu sarı bir tramvay peyda olub və qatarla ötüşməyə başlayıb – bəlkə bu adamlar küçədə onun çöhrəsinin sirli solğunluğunu ötəri də olsa görüblərmiş?!
    Yol burulub; artıq qatar günəşdən uzaqlaşmağa başlayıb, günəş isə qüruba doğru əyilərək, sanki yarısı gizlənmiş və havasıyla onun nəfəs aldığı şəhərin üzərinə uzanaraq xeyir-dua verib. O, ümidsiz halda əlini pəncərəyə uzadıb, sanki onun varlığıyla işıqlanan bu yerlərin havasından bir ovuc götürüb aparmaq istəyib. Ancaq artıq qatar tam sürətlə getdiyindən hər şey gözlərinin qarşısında bir anda görünüb-yox olub, əriyib-itib və o başa düşüb ki, həyatının ən gözəl və ətirli parçasını həmişəlik itirib.
    Artıq saat doqquz idi, biz səhər yeməyini bitirib artırmaya çıxdıq. Hava bir gecənin içində kəskin dəyişmiş, payızın nəfəsi duyulmağa başlamışdı. Bağban – əvvəlki xidmətçilərdən qalan tək o idi – yaxınlaşıb, mərmər pilləkənin qarşısında dayandı.
    — Bu gün hovuzun suyunu buraxmaq istəyirəm, cənab Qetsbi. Xəzan vaxtı çatıb, odur ki, xəzan yarpaqları daim boruların ağzını tutur.
    — Yox, bir gün də gözləyin, — Qetsbi etiraz etdi və mənə sarı dönərək sanki özünə haqq qazandırmaq üçün belə dedi: — İnanın, dostum, bu ay bircə dəfə də olsun hovuzda üzməmişəm.
    Mən saatıma baxıb, ayağa qalxdım.
    — On iki dəqiqədən sonra qatarım gəlir.
    Mən işə getmək istəmirdim. Bilirdim ki, bu gün elə bir fayda verə bilməyəcəm, ancaq məsələ bunda deyildi, mən Qetsbini tək buraxmaq istəmirdim. Bu qatar da getdi, sonrakı da, ancaq mən hələ yubanırdım.
    — Sizə şəhərdən zəng vuracağam, — dedim nəhayət.
    — Zəng vurun, dostum.
    — Ancaq on ikiyə qalmış.
    Biz asta-asta aşağı düşdük.
    — Yəqin, Dezi də zəng vuracaq. — O, nigaran tərzdə mənə tərəf baxdı, sanki təsdiq edəcəyimi gözləyirdi.
    — Yəqin ki.
    — Yaxşı, görüşənə qədər.
    Biz bir-birimizin əlini sıxdıq və mən şoseyə doğru getdim. Xiyabana dönəndə nəsə xatırlayıb, dayandım.
    — Alçaqlıq üstündə oturmuş alçaqlar — budur onların mahiyyəti! — mən arxaya baxaraq qışqırdım. — Onların hamısı bir yerdə sizin bir dırnağınıza dəyməz!
    Bu sözləri ona dediyimə görə, sonradan necə də sevindim! Bu onun məndən eşitdiyi yeganə tərif oldu, çünki mən əslində bu adamı əzəl gündən bəyənməmişdim. O əvvəlcə nəzakətlə başını tərpətdi, sonra birdən işıq saçdı və elə ürəkdən, anlayışla gülümsədi ki, sanki söhbət hər ikimizin çoxdan qəbul etdiyimiz və qarşılıqlı məmnunluğa — söykənən faktdan gedirdi. Onun çəhrayı kostyumu – dəbə uyğun sarsaq cındır – pilləkənin ağ mərmər fonunda parlaq ləkə kimi göründü və yadıma üç ay öncə ilk dəfə onun ata-baba qəsrində qonaq olduğum axşam düşdü. Bağ və xiyaban ona yapışdırmağa qüsur axtaran adamlarla qaynaşır, o isə qüsursuz xəyalını hamıdan gizlədərək elə bu pillələrdən onlara əl eləyirdi.
    Qonaqpərvərliyinə görə, ona təşəkkür etdim. Ona həmişə buna görə təşəkkür ediblər, mən də başqalarıyla bir cərgədəydim.
    — Görüşənədək, Qetsbi, — mən qışqırdım. — Əla səhər yeməyinə görə, çox sağ ol.
    Kontora çatan kimi, qiymətli kağızların hansısa uzun reyestrinə bugünkü kursları yazmaqla məşğul oldum və beləcə, öz hərləmə kürsümdə yuxuya getməyimdən xəbərim olmayıb. Saat on ikiyə qalmış telefon zənginə ayıldım və pərişan halda tamamilə tər içində yerimdən sıçradım. Zəng vuran Cordan Beyker idi; o bu vaxtlar tez-tez mənə zəng vurardı, çünki daim müxtəlif otellərdə, klublarda, tanışlarının villalarında olduğundan mənimçün, demək olar ki, ələkeçməz olmuşdu. Onun telefonun dəstəyindən gələn səsi adətən sərinlik və təravət gətirirdi, elə bil qolf meydançasından qopub gələn bir parça çim kontorun pəncərəsindən içəri düşürdü; ancaq o səhər bu sərt və xışıltılı idi.
    — Mən Dezinin yanından ayrıldım, — dedi. — İndi Hemstedə gedirəm, günortadan sonra isə Sauthemptona yola düşmək fikrindəyəm.
    O, Dezinin yanından ayrılmaqla yəqin ki, taktiki gediş etmişdi, ancaq nədənsə məni qıcıqlandırdı, sonrakı cümləsi isə, ümumiyyətlə, qanımı dondurdu.
    — Siz dünən mənə qarşı o qədər də nəzakətli olmadız.
    — Nəzakət göstərəcək halda deyildim.
    Bir dəqiqəlik sükut. Sonra:
    — Buna baxmayaraq, hər halda sizi görmək istərdim.
    — Mən də həmçinin sizi.
    — Bəlkə mən Sauthemptona getməyib, günortadan sonra şəhərə gəlim.
    — Yox, bu günə gərəkməz.
    — Çox lütfkarsan.
    — Bu gün heç cür mümkün deyil. Çoxlu...
    Biz bu söhbəti bir neçə dəqiqə də uzatdıq, sonra qəflətən kəsdik. Dəstəyi kimin əvvəlcə asdığını xatırlamıram, ancaq bunun kefimi belə pozmadığı yaxşı yadımdadır. Hətta onu həmişəlik görməyəcəyimlə risk etmiş olsaydım belə, o gün onunla çay içə-içə sakitcə laqqırtı vura bilməzdim.
    Bir azdan Qetsbiyə zəng vurdum, ancaq telefonu məşğul idi. Zəngi dörd dəfə təkrar etdirdiyimdən sonda səbri tükənən telefonçu mənə dedi ki, abunəçi sifariş əsasında Detroytdan zəng gözləyir. Mən dəmiryol cədvəlini çıxarıb 3. 50 rəqəmini çevrəyə aldım. Sonra arxaya söykənib, fikirlərimi cəmləməyə çalışdım. Saat düz on iki tamam idi.
    Səhər tezdən qatar şlak təpələrinə yaxınlaşanda mən qəsdən digər tərəfə keçdim. Mənə elə gəlirdi ki, maraqlı kütlə hələ də orada səsküy salmaqdadır və oğlan uşaqları toz içindəki qara ləkələrə baxır, çoxdanışan bir qoca isə hadisənin təfərrüatını yorulmadan dəfələrlə danışır; ancaq onun hekayəsi hər dəfə, hətta onun özü üçün belə, daha az inandırıcı olacaq, axırda daha onu təkrarlaya bilməyəcək və Mirtl Uilsonun faciəsi beləcə unudulub gedəcəkdi. Lakin indi mən bir qədər geriyə boylanıb, dünən biz qarajdan çıxandan sonra orada nələr baş verdiyini danışmaq istəyirəm.
    Mərhumun bacısı Ketrini dərhal tapa bilmədim. Deyəsən, həmin axşam o heç bir şey içməmək barədə qəbul etdiyi qərarı dəyişmişdi, çünki onu gətirəndə başı dumanlı olduğundan sanitar avtomobilinin meyiti artıq Flaşinqə apardığını ona başa sala bilməyiblər. Bunu, axır ki, başa düşəndə tir-tap yıxılaraq ürəyi getmiş və sanki baş verən hadisə içərisində ən dəhşətli şey də bu olmuşdu. Kimsə ya rəhmi gəldiyindən, ya da maraqdan onu öz maşınına qoyub, bacısının cənazəsinin arxasınca aparmışdı.
    Gecə yarısından xeyli keçəndən sonra qarajın qarşısında insan axını qaynaşıb, gəlib-gedənlərin sayı-hesabı olmayıb, Corc Uilson isə hücrəsindəki balaca divanda oturaraq müntəzəm hərəkətlə o yan-bu yana sıtqayıb-yırğalanıb. İlk əvvəl hücrənin qapısı taybatay açıq olub və qaraja girənlər özlərini ora baxmaqdan saxlaya bilmirlərmiş. Sonra kimsə deyib ki, bu yaxşı deyil, qapını örtüblər. Bir neçə nəfər, o cümlədən Mixaelis, Uilsonla qalıb; əvvəlcə beş, ya da altı adam olub, sonra sayları iki-üçə enib, axıra yaxın Mixaelis sonuncudan heç olmasa on beş dəqiqə gözləməsini xahiş edib ki, evinə gedib qəhvə dəmləyə bilsin. Bundan sonra səhərə qədər Uilsonla tək oturub, qalıb.
    Saat üçdə Uilsonun davranışında nəsə dəyişilib, o daha sakit olub və rabitəsiz mızıldama əvəzinə sarı maşın haqqında danışmağa başlayıb. Deyib ki, bu maşının sahibini tanıya bilər, sonra da birdən iki ay əvvəl arvadının şəhərdən evə burnu şişmiş, sir-sifəti qançır içində qayıtdığını söyləyib. Ancaq bu sözlərdən sonra tamamilə qıc olaraq, yenidən zarımağa başlayıb: “İlahi, ilahi!”
    Mixaelis onun fikirlərini bacardığı qədər yayındırmağa çalışıb:
    — Neçə ildir evlisiz, Corc? Yaxşı, bəsdir, bir dəqiqə sakit otur və sualıma cavab ver. Neçə ildir evlisiz?
    — On iki ildir.
    — Bəs heç vaxt uşaqlarınız olmayıb? Yaxşı, sakit otur görək, Corc. Nə soruşduğumu eşitdin? Nə vaxtsa uşaqlarınız olub?
    Otaqdakı tək lampanın tutqun işığında döşəmədə sarı tarakanlar bir-biriylə toqquşa-toqquşa o yan-bu yana qaçırdılar. Arabir küçədən sürətlə keçən maşınların səsi eşidilir və hər dəfə Mixaelisə elə gəlirmiş ki, bu, bir neçə saat öncə saxlamayıb aradan çıxan maşındır. O, dünən üzərinə meyitin qoyulduğu, qana bulaşmış dəzgahı görməmək üçün qaraja çıxmaq istəmirmiş; ona görə də, narahat halda hücrədə var-gəl edib, – səhərə yaxın ordakı hər bir şeyi əzbər bilirmiş – arabir Uilsonun yanında oturaraq ona öyüd-nəsihət də verirmiş:
    — Sən hansı kilsəyə gedirsən, Corc? Bəlkə də çoxdandır getmirsən, eybi yoxdu. Bəlkə sənin kilsənə zəng vurub xahiş eləyim ki, keşiş gəlib səninlə söhbət eləsin? Hə, Corc?
    — Mən heç bir kilsəyə getmirəm.
    — Kilsəyə getməmək olmaz, Corc, heç olmasa belə hallarda. Yəqin əvvəllər getmisən, hə? Kilsədə kəbin kəsdirmisən, eləmi? Qulaq as, Corc, qulaq as mənə. Sən kəbinini kilsədə kəsdirmisən, ya yox?
    — Çoxdankı məsələdir.
    Cavab vermək üçün sərf etdiyi güc onun yırğalanma ritmini pozur və o, qısa müddətə sakitləşirmiş. Sonra onun bozarmış gözlərində yenə əvvəlki ifadə yaranırmış – çaşqınlıq qarışıq güman.
    — Bax gör ordakı siyirmədə nə var? — o öz masasını nişan verərək dedi.
    — Hansı siyirmədə?
    — Bax orda.
    Mixaelis masanın ona yaxın olan siyirməsini çəkib. Orada gümüş həlqəli dəri it xaltasından başqa heç nə yoxmuş. Xalta təzəymiş, özü də bahalı şeyə oxşayırmış.
    — Budur? — Mixaelis xaltanı siyirmədən çıxararaq soruşub.
    Uilson gözlərini bir müddət xaltadan ayırmayıb, sonra başını tərpədib.
    — Bunu onda dünən gündüz tapmışdım. O mənə nəsə izah etməyə çalışdı, ancaq şübhələndim.
    — Bunu sənin arvadın alıb?
    — Masanın üstündəydi, papiros kağızına bükülmüşdü.
    Mixaelis burada qəribə heç nə görməyib və dərhal Uilsona it xaltasının arvadına nə üçün lazım ola biləcəyi ilə bağlı bir neçə səbəb göstərib. Ancaq yəqin ki, Mirtl da bu tip, ya buna bənzər izahatlar veribmiş, çünki Uilson yenə inildəməyə başlayıb: “İlahi, ilahi!” – və ona təsəlli verənin sözləri də havadan asılı qalıb.
    — Onu öldürən də elə odur, — Uilson qəfil deyib. Onun aşağı çənəsi aralanıb və ağzı eləcə açıq qalıb.
    — O kimdir?
    — Hələ bunu öyrənəcəyəm.
    — Sən özün də nə danışdığını bilmirsən, Corc, — yunan öz dostuna deyib. — Dərddən ağlını itirmisən. Çalış ki, sakitləşəsən. Bir az dincəl, tezliklə sabah açılacaq.
    — Onu öldürən odur.
    — Bu bədbəxt hadisədir, Corc.
    Uilson başını silkələyib. Gözləri qıyılıb, dodaqlarından əminlik ifadə edən nida qopub.
    — Yox, — o qətiyyətlə deyib. — Mən sadə adamam və heç kəsə pislik arzulamıram, ancaq bildiyimi də bilirəm. Maşında gedən o idi. Arvadım ona doğru cumdu, nəsə demək istədi, o da saxlamaq istəmədi.
    Mixaelis hadisəni görmüşdü, ancaq onda xüsusi bir məna axtarmaq ağlına belə gəlməyib. O hesab edirdi ki, missis Uilson ərinin əlindən qaçaraq şoseyə çıxıb, onun qətiyyən hansısa maşını saxlamaq niyyəti olmayıb.
    — Axı o bunu niyə etsin?
    — Sən onu tanımırsan, — Uilson dedi, sanki sualın cavabı bu idi. — Oh-o-o-o!..
    O yenə yırğalanaraq zarımağa başlayıb, Mixaelis isə əlində xalta onun qarşısında dayanıbmış.
    — Bəlkə bir dostun-zadın var, Corc, ona zəng vurub bura çağırardıq.
    Əbəs yerə ümid edirdi, çünki Uilsonun heç bir dostu olmadığına Mixaelisin şübhəsi yox idi; o bu dostluğu öz arvadıyla belə qura bilməmişdi.
    Bir azdan Mixaelis otaqda müəyyən dəyişiklik hiss edərək yüngülləşib. Bayırda hava göyərdiyindən səhərin yaxınlaşdığını hiss edib. Saat beşə qalmış göylük maviləşib və işığı söndürmək mümkün olub.
    Uilson şüşələnmiş gözlərini pəncərəyə zilləyərək, səhər obaşdanın təsirilə fantastik şəkildə şlak təpələrinin üstünə toplaşan kiçik boz buludlara baxıb.
    — Mən onunla danışdım, — o, xeyli susandan sonra pıçıldayıb, — ona dedim ki, məni aldada bilər, amma tanrını yox. Onu pəncərənin qabağına apardım. — O, çətinliklə qalxaraq, pəncərəyə yaxınlaşdı və alnını şüşəyə dayadı. — Apardım və dedim: tanrı hər şeyi bilir, sənin bütün işləklərini. Sənin məni aldatmağın mümkündür, ancaq tanrını aldada bilməzsən.
    Və Mixaelis onun yanında dayanaraq, hara baxdığını görür və diksinir; o, düz doktor T.C.Eklberqin seyrəkləşən dumandan çıxan nəhəng və tutqun gözlərinə baxırmış.
    — Tanrı hər şeyi görür, — Uilson təkrarladı. Mixaelis onun başına ağıl qoymağa çalışdı:
    — Hə, bu reklamdır!
    Ancaq onun diqqətini nəsə çəkdi və pəncərədən aralanmağa məcbur oldu. Uilson isə dan yerinin ala-toranına baxaraq uzun müddət dayanıb, sakitcə başını yırğalayıb.
    Saat altını vuranda Mixaelis ayaq üstdə güclə dayanırmış və qarajın qarşısında maşın dayananda sevinərək rahat nəfəs alıb. Bu, gecə yarısına yaxın qayıdacağına söz verib getmiş kişiymiş. Mixaelis üç nəfərlik səhər yeməyi hazırlayıb, ikilikdə yeyiblər. Onacan Uilson artıq bir qədər sakitləşib və Mixaelis evə yatmağa gedib; dörd saatdan sonra ayılıb, qaraja qaçıb və Uilsonu orada görməyib.
    Amma sonra onun izinə düşə bilib: o, Port-Ruzveltə, ordan da Qedshillə qədər piyada gedib, orada bir fincan qəhvə, sendviç sifariş eləyib; qəhvəni içib, sendviçi isə yeməyib. Yəqin yorulubmuş və çox asta gedirmiş, çünki Qedshillə ancaq günorta gedib çatıb. Onun hərəkət marşrutunu bu ana qədər bərpa etmək çətin olmayıb; bir yerdə oğlan uşaqları “sanki özündə olmayan” bir adamın getdiyini görüblər, başqa bir yerdə sürücülərin rastına hər maşına vəhşi kimi baxan qəribə bir yolçu çıxıb. Ancaq bundan sonra iz tamam üç saatlığa itib. Mixaelisin onun “nələri öyrənə biləcəyi” ilə bağlı dediklərinə əsaslanan polis belə bir nəticə çıxarıb ki, bu zaman o sarı maşını tapmaq üçün ətrafdakı qarajları ələk-vələk eləyib. Digər tərəfdənsə, heç bir qaraj sahibi onun haqqında məlumat verməyib, ola bilər ki, lazım olanı öyrənmək üçün o daha doğru, daha sadə üsuldan istifadə edib. Saat üçün yarısında onu Uest-Eqqdə görüblər, Qetsbinin villasına gedən yolu soruşurmuş. Demək, Qetsbinin soyadı ona məlum imiş.
    Saat ikidə Qetsbi çimmək paltarını geyinərək xidmətçiyə tapşırıb ki, zəng vuran olsa, hovuzun yanına gəlib ona xəbər versin. Sonra qaraja girib və sürücü bütün yay boyunca çoxsaylı qonaqların əyləndiyi hava döşəyini doldurmaqda ona köməklik göstərib O, açıq maşını qarajdan çıxarmağa qəti qadağa qoyub, amma maraqlıdır ki, maşının sağ qanadının təmirə ehtiyacı varmış.
    Qetsbi döşəyi çiyninə ataraq hovuza tərəf gedib. Bir dəfə ayaq saxlayıb, apardığı yükə düzəliş verib; sürücü kömək lazım olub-olmadığını soruşub, ancaq o, başını bulayaraq bir dəqiqədən sonra saralmaqda ağacların arxasında gözdən itib.
    Heç kəs zəng vurmayıb, amma xidmətçi gündüz yuxusundan məhrum olaraq saat dördə qədər gözləyib – bu vaxt artıq zəng barədə məlumat veriləsi kimsə də yoxmuş. Nədənsə mənə elə gəlir ki, Qetsbi özü də bu zəngə inanmır, bəlkə də onunçün heç bir mənası yoxmuş.
    Əgər belədirsə, onda yəqin ki, köhnə və rahat dünyanın onunçün həmişəlik itirildiyini, yeganə xəyalına gələnsə, həddən artıq uzun sürən sədaqətinin ona baha oturduğunu hiss edirmiş. Yəqin ki, gözlərini qaldırıb yuxarı baxanda qorxunc yarpaqlar arasından parıldayan yad səma görüb və səksənərək qızılgülün axmaq görünüşünə, gün işığının necə gəldi yaradılmış otun üzərinə kobud şəkildə düşdüyünəheyrətlənib. Bu, yeni bir dünyaydı, maddi, ancaq qeyri-real, xəyallarla nəfəs alan miskin kabuslar onda məqsədsiz tərzdə dolaşırdı... formasız ağacların arxasından çıxaraq ağır-ağır hərəkət edən boz-şlak rəngində fantastik fiqurlar kimi.
    Vulfşimin əlaltılarından olan sürücü atəş səslərini eşidib; amma sonradan yalnız bircə söz deyirdi – guya onlara əhəmiyyət verməyib. Mən vağzaldan birbaş Qetsbinin villasına getdim, tələsik artırmaya çıxanda keçirdiyim həyəcan ilk təhlükə siqnalı oldu.
    Ancaq əminəm ki, onlar artıq bilirdilər. Biz dördümüz – sürücü, xidmətçi, bağban və mən, demək olar, lal-dinməz hovuza sarı cumduq.
    Hovuzun bir başından girib, o biri başından çıxan suyun axın istiqamətini yalnız onun səthindəki zəif yırğalanmadan hiss etmək olurdu. Və bu oyuncaq dalğaların üzərində yük olan hava döşəyi ağır-ağır üzürdü. Suyu azca ləpələndirən xəfif yel bu təsadüfi yükü onun təsadüfi istiqamətindən saxlayırdı. Yolüstü bəzən bir topa yarpağa rast gəlib onlarla toqquşan döşək yerində fırlanmağa başlayır, elə bil pərgarın ayaqları suda nazik qırmızı çevrə çəkirdi.
    Biz Qetsbini evə aparanda cığırdan bir az qıraqda, otluğun içərisində bağban Uilsonun bədənini – sonuncu günahyuyan qurbanı tapdı.

På boghylderne

fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)