bookmate game
Fyodor Dostoyevski

Karamazov Qardaşları

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları — İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Denne bog er ikke tilgængelig i øjeblikket
1.137 trykte sider
Copyrightindehaver
Qanun Nəşriyyatı
Har du allerede læst den? Hvad synes du om den?
👍👎

Vurderinger

  • Emil Azizovhar delt en vurderingfor 6 år siden

    Bu gün nəhayət arzusunda olduğum Fyodor Dostoyevsinin " Karamazov Qardaşları " əsərini bitirdim. “ Karamazov Qardaşları " yazıçının həyatı boyunca toxunduğu mövzuların içərisində ən yaxşı ələ aldığı bir şah əsərdir. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın vaxt sərf edib .1880-ci ilin noyabr ayında onu yekunlaşdırıb və kitabın yayımlanmasından təxminən dörd ay sonra vəfat etmişdir. Bu romanı oxumağa qərar verəndə nə ilə qarşılaşacağımı tam olaraq bilmirdim. Daha əvvəl yazarın oxuduğum bir neçə kitabından olduqca ilham almışdım amma, bu qədər qalın bir kitabın şübhəsiz oxumaq mənimçün vaxt etibarıyla biraz çətin oldu. Həyat, ölüm, pul, eşq, fəlsəfə, din, cinayət kimi mövzuların cəmləşdiyi bu roman, Dostoyevski klassikləri arasında özündən ən çox söz etdirən romandır. Bu romanı yazarkən gənc dostuna məktubunda : “ İnsanları anlamaq istəyirəm. Bütün bir həyat boyunca bunu anlamaq üçün çalışmaq məcburiyyətində qalsam belə bil ki buna dəyər. Mənə psixoloq deyirlər. Xeyr, mən realistəm. İnsan ruhunun dərinliklərini təsvir edirəm “ demişdir. Əsər 4 qardaşın yaşlı torpaq sahibi ataları Fyodor Pavlovoviç Karamazov arasındakı münaqişələrdən usta bir dillə bəhs edilir. Duygusal Dmitri, intellektual İvan, sirli Alyoşa və qeyri-qanuni oğlu Smerdyakov. Karamazov kimi görünən bütün qardaşlar öz xarakter xüsusiyyətlərinə və istəklərinə sahibdirlər.

    Dimitri Karamazov - ailənin ən böyük oğludur. Atası kimi şəhvət düşkünü və günah işləməkdən özünü saxlaya bilməyən, amma bu günahların özündə yaratdığı dəyişikliklərlə qurtuluşa çatdığına inanan biridir.

    İvan Karamazov - Tanrıya inanmayan, Tanrının olmadığı bir dünyada hər şeyin mübah olduğunu düşündüyü üçün də birini sevməyin bir əsası olmadığına inanan, o dövrlərdə çox görülən nihilist bir liberaldır.

    Aleksey Karamazov - Romanda ümumiyyətlə Alyoşa olaraq adı keçən Aleksey bəlkə də Dostoyevskiin üç yaşında ikən itirdiyi oğlunun adını daşıması baxımından romanın sonunda ortaya çıxacaq olan prokurorun deyimi ilə ən xeyirli övladdır.

    Dimitri Katerina İvanovnayla nişanlıykən Qruşenkaya aşiq olur və çox təəssüf ki, atası Fyodor Pavloviç də Qruşenkaya aşiq olur və aralarında bundan ötəri bir gərginlik meydana gələr. İvan Katyaya aşiqdir. Bu gərginlik üçün açıq olan ata və oğlu arasında miras döyüşü də var.

    Bir qəddar insanın və onun uşaqlarının müxtəlif hekayələrindən ibarət olan bu kitab sizi müxtəlif həyatların müxtəlif baxışları ilə təəccübləndirəcək. Xüsusilə, Dimitri xarakterinin atası ilə oxşarlıqların kəsişməsi çox mənalı idi.Dünyanın hər yerində çox oxunan bu kitab, görünən həqiqətlərin göründüyü kimi olmayacağına dair bir kitabdır. " Karamazov qardaşları "-nı hələ oxumamızsa ,mütləq oxumaq üçün lazım olan kitablardan biridir.

  • Əzizhar delt en vurderingfor 3 år siden
    👍Værd at læse
    🎯Læseværdig

    + Mənim sübutum var
    - Nə?
    + Bizim içimizdə şeytan var hamımızda əgər şeytan varsa Tanrıda var əgər Tanrı varsa mənim tanrısız dünya ilə bağlı teoremlərim mənasız olur bağışlayın məni.......

  • Kanan Hajinskyhar delt en vurderingfor 8 år siden
    👎Spring denne over
    💩Meningsløs

    Awful !!! You have changed the book category from standard to premium in the middle of reading !!!

Citater

  • Mir Alihar citeretfor 8 år siden
    Mən cəhənnəmə inanmağa hazıram, amma tavansız
  • EMİNAhar citeretfor 3 år siden
    İnsanlar hətta pis adamlar olsalar belə, əksər hallarda bizim onlar haqqında düşündüyümüzdən qat-qat sadəlövh və sadədil olurlar. Elə biz özümüz də.
  • Xuraman Memmedovahar citeretfor 4 år siden
    Təkcə sükut pıçıldayır,

På boghylderne

fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)