bookmate game
az

Stiven Kovi

  • b7269870870har citeretfor 2 år siden
    Nə öyrəndinizsə, yaxınlarınızla bölüşün. Yadda saxlayın ki, bilib etməmək elə bilməmək deməkdir. Bacarmaq və etməmək elə bacarmamaq deməkdir.
  • b7269870870har citeretfor 2 år siden
    Eleonora Ruzvelt belə demişdi: “Heç kim sizi incidə bilməz, sizin buna razılığınız olmasa”. Yaxud Qandinin sözü ilə desək: “Özünəhörmət hissini bizdən heç kim ala bilməz, əgər özümüz onu verməsək”.
  • b7269870870har citeretfor 2 år siden
    Sədat avtobioqrafiyasında yazırdı ki, həbsxana kamerasını az qala təəssüflə tərk etdi, çünki, dediyinə görə, məhz burada dərk etmişdi ki, əsl uğur özünə qarşı münasibətdə qazanılır. Sərvətə sahib olmaq uğur deyil, əsl uğur özünə sahib olmaq və özünə qalib gəlməkdir.
  • b7269870870har citeretfor 2 år siden
    Vaxtın idarə olunması jarqonunda bu, Pareto Prinsipi adlanır: 20 faiz səy göstərirsən, 80 faiz nəticə əldə edirsən.
  • b7269870870har citeretfor 2 år siden
    Səlahiyyətin tapşırılması həm ayrı-ayrı adamlar, həm də təşkilat üçün artım və inkişaf deməkdir. Deyirlər ki, ABŞ-da univermaqlar şəbəkəsinin təsisçisi, mərhum C.Penni demişdir ki, ən ağıllı qərar odur ki, gördün daha təklikdə bir şey edə bilmirsən, işlərin başını “burax getsin”. Neçə illər əvvəl qəbul edilmiş bu qərar minlərlə işçisi olan yüzlərlə yeni dükan açmağa imkan vermişdir. Bu da sizə artım və inkişaf!
  • b7269870870har citeretfor 2 år siden
    İnam olmayan yerdə dostluq, düzlük olmayan
    yerdə inam yoxdur.
  • b7269870870har citeretfor 2 år siden
    Əgər mən sizə olan hörmət, nəcib və səmimi münasibətim vasitəsilə və öz öhdəliyimi namusla yerinə yetirərək bizim ikimizin Emosional Bank Hesabına əmanət qoyuramsa, demək, mən özümə ehtiyat yaradıram. Sizin mənə qarşı etibarınız artır və lazım olanda mən bu etibardan yenə istifadə edəcəyəm. Hətta mən səhv etsəm də, bu etibarın səviyyəsi, bu emosional ehtiyat onu kompensasiya edə bilər. Hətta fikrimi düzgün ifadə etməsəm də, siz hər halda məni başa düşəcəksiniz. Siz mənim sözümdə “yanlışlıq” axtarmayacaqsınız. Etimad səviyyəsi yüksəkdirsə, ünsiyyət asan və effektiv olur.
  • b7269870870har citeretfor 2 år siden
    Fərz edək ki, biz sizinlə təklikdə danışırıq və ikimiz də rəisi elə tərzdə tənqid edirik ki, onun yanında bunu deməyə cəsarət etməzdik. Bir gün bizim aramız dəysə, nə baş verər? Siz yaxşı bilirsiniz ki, mən kiminləsə sizin çatışmayan cəhətlərinizi müzakirə edərəm. Rəisimizi də tənqid edəndə elə bu cür etmişdik. Siz mənim xasiyyətimi bilirsiniz. Üzdə yaxşı cəhətinizi deyirəm, arxada isə pis cəhətlərinizi pisləyib danışıram. Bilirsiniz ki, mən bunu necə edirəm.
  • b7269870870har citeretsidste år
    Mən udsam, demək, sən uduzdun”.
  • b7269870870har citeretsidste år
    Bu ona oxşayırdı ki, çiçəklərin birini dilə tutasan ki, “Cücər”, o birisini sulayasan ki, cücərsin. Bu isə o demək idi ki, “Mənəvi mühit düzəlincəyə qədər sizi bir-bir işdən azad edəcəyəm”. Prezident əməkdaşlıq görmək istəyirdi. O istəyirdi ki, onun işçiləri birlikdə işləsin, ideyalarını bölüşsünlər və ümumi səylərdən hamı faydalansın. Amma bu zaman o, daxili rəqabət yaradırdı. Bir menecerin uğuru o birilərinin məğlubiyyəti idi.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)