Elxan Elatlı

  • b4457976836har citeretfor 2 år siden
    Bir qədər xəstəhal görünsə də həddindən ziyadə iti gözləri var idi. Bizə elə gəlirdi ki, onun nüfuzedici gözləri nəinki hər birimizin ürəyini, hətta auditoriya divarının arxasındakı şeyləri də görə bilir.

    Düzünü deyim ki, mən haqqında rəvayətlər danı­şılan məşhur xəfiyyəyə qibtə edir və imkan daxilində ona oxşamağa çalışırdım…

    Polis şöbəsinə məxsus UAZ maşını hər iki tərəfi sıx meşə ilə örtülmüş kələ-kötür yollarla Qaradumanlı kəndinə qalxırdı.
  • Elmir_281har citeretfor 2 år siden
    Bir də görürsən ki, tamamilə zövqünə uyğun gələn birinə rast gəlirsən. Görürsən ki, ailə qurmaq da problem deyil onunla. Üstəlik, o da səni bəyənir, hələ bəlkə də sevir. Qalır bircə sənin onu sevməyin… Az qalırsan, Allaha əl açıb yalvarasan ki, o məhəbbət deyilən şeydən azacıq da olsa, göndərsin qəlbinə. Amma göndərmir ki, göndərmir. Bir də görürsən, eləsini sevməyə başlamısan ki, ya evlidir, ya yaşı uyğun gəlmir səninlə, ya da ki, başqa bir problemi var. Nə isə… Çox qəribə məsələdir bu sevib-sevilmək məsələsi.
  • Elmir_281har citeretfor 2 år siden
    istənilən insanın qəlbinin dərinliklərində heyvani hisslər yaşayır və onun nə vaxtsa üzə çıxması şəraitdən çox asılıdır
  • resadelesgerov887har citeretfor 2 år siden
    Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır.
  • Çingiz Esgerovhar citeretfor 2 år siden
    Azərbaycanlılar namus intiqamını çox vaxt qanuna etibar etmirlər.
  • Elmir_281har citeretfor 2 år siden
    Qadın düşkünlüyü, ağlı ehtirasa təslim etmək onun nifrət etdiyi xüsusiyyətlərdən idi.
  • b1494499921har citeretfor 2 år siden
    Mən xəfiyyə­yəm! Mənim işim həmişə kimisə güdməkdir. Ancaq kimi? Əlbəttə, cinayətkarları, oğruları, qatilləri, bir sözlə, pis adamları! Onların nəzərində isə, sözsüz ki, pis adam mənəm!»
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)