Ilham Ismayil

KQB-MTN.Gorunen dagın beledchiliyi

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Ertəsi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: “Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik”. Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox so­yuq­dan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənəd­lər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan əməliyyatla ayaqlarının altını tamam götürmüşdülər. Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludur. “Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu, yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin hansısa kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
  • Vilayət Seyidovhar citeretfor 2 år siden
    Mən yuxuya gedib yüz ildən sonra ayılası olsam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, həmən cavab verərəm ki, yenə içirlər və talan edirlər
  • b6547418852har citeretfor 3 år siden
    Saat altıdan sonra raykoma gəldim və təyinat vərəqəmi birinci katib Rüstəm Səfərəliyevə təqdim etməli olduğumu köməkçiyə dedim.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Yadıma Anatoli Utkinin Çerçil haqqında yazdığı kitablar düşür. Çerçilin həyat və fəaliyyəti barədə Anatoli Utkin iki dəfə kitab yazıb – birini SSRİ dövründə, ikincini SSRİ dağılandan sonra. İkinci kitab əsl Çerçil haqqındadır, birinci sovet rejimindən çəkinən kitabdı.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Bakıdan məlumat daxil oldu ki, Yerevandan bir ailə sərhədi bu günlərdə keçib və Şəmkirin Çinarlı qəsəbəsində yerləşib. Ermənistandan soydaşlarımız faktiki 1990-cı ilin sonlarında tamam köçüb gəlmişdilər, bu ailə nə yaxşı indiyədək orda qala bilib? Məlumatı oxuduqca bu sualı öz-özümə verir, fikirləşirdim. Bakıdakı məlumatı verən şöbəylə əlaqə saxladım. Şöbədən əlavə olaraq bildirdilər ki, ailə başçısı Knyaz Mirzoyev bu yaxınlara qədər Yerevanda yaşayıb və Yerevan televiziyasında Ermənistanın Qarabağ məsələsində mövqeyini dəstəkləyən çıxışlar edib. Knyaz Mirzoyev ədəbiyyat üzrə alimdi, Yerevan ali məktəblərinin birində dərs deyirmiş. Son günlər hansısa səbəbdən Yerevanı tərk edib. Milliyyətcə kürddü. Qısa zamanda Knyaz Mirzoyevin yerini, qaldığı evi müəyyənləşdirdik. K.Mirzoyevin Qazaxıstanda olduğunu, ailəsinin isə kənddə yaşadığını öyrəndik. Bu ailənin hansısa zərər vuracağı gözlənilmirdi, sadəcə, informasiyaya görə, bir müddət əməliyyat nəzarətində saxlamaq şərt idi. Bir neçə gündən sonra məlumat aldıq ki, Knyaz Mirzoyev gəlib, ailəsini gecə ilə Bakıya, ordan da bərə ilə Qazaxıstana köçürüb. Bu faktı yazmaqda məqsədim odur ki, Knyaz Mirzoyevin burda yaşayan qohumları olsa da, uzun müddət o, Azərbaycana gələ bilmirdi. Məlumatlar belə idi ki, Heydər Əliyevdən qohumları xahiş etsələr də, onun Azərbaycana gəlməyinə dövlət başçısı icazə verməyib. 2007-ci ildə təsadüfən aeroportda idim. Yol Polisinin müşayiətilə bir neçə avtomobil aeroportun VİP zalına yaxınlaşıb saxladı. Gözləmək olardı ki, hansısa dövlətin rəsmi vəzifəli şəxsi müşayiət olunur. Maşınlardan xeyli çamadanlar, zənbillər boşaldıldı. Heyət içəri daxil olanda aeroportda işləyən tanış polis zabitindən yola salınanın kimliyini soruşdum. Polis dostum kinayə ilə dedi:

    – Qazaxıstandan Knyaz Mirzoyev adlı bir kürddü. Elə bu cür də qarşılanmışdı.

    Azərbaycanın əleyhinə Yerevan televiziyasında çıxış edən Knyaz Mirzoyevi xatırladım.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    İyulun əvvəlində Namiq Abbasov Gəncədə yarımillik müşavirə keçirdi. Müşavirədə nazir müavini arxivlərin açıl­ması barədə müzakirələr aparıldığını, hətta sovet dövrü agentura şəbəkəsinin siyahısının açıqlanmasının da müzakirə predmeti olduğunu əməliyyat işçilərinin nəzə­rinə çatdırdı. Bütün əməliyyat heyəti etiraz etdi. Abbasov bizimlə həmrəy olduğunu, yalnız bir agentin – Elçibəyin ətrafında onun əleyhinə işləmiş agentin adının açıqla­nacağını deyəndə yenə hamımız etiraz etdik. Agentura şəbəkəsinin, lap bir agentin adının rəsmən açıqlanması xüsusi xidmət orqanının işini iflic edəcək, cəmiyyətdə ailə faciələri yaşanacaq, orqan kimi gözdən düşəcəyik və sonra heç kimi məxfi əməkdaşlığa cəlb etmək mümkün olmayacaq. Abbasov prinsipcə bizim fikrimizlə razılaşırdı.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Keçid dövrləri, hətta demokratiyaya keçid də mütləq sərt olmalıdır ki, keçmişə nostalgiya yaranmasın, azad olan qul özünə yeni ağa axtarmasın, əsas prinsiplərin fundamenti etibarlı qoyulsun.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Bakıya iclasa çağırmışdılar. İclasdan sonra Sülhəddin Əkbərlə görüşmək istədim. Kabinetinin girişində köməkçi harasa getmişdi. Qapını döyüb içəri girmək istəyəndə kadr idarəsinin rəisi Xaliq İsgəndərovun içəridə olduğunu gördüm. Bir anlığa geri qayıdıb-qayıtmamağımı fikrləşirdim ki, Sülhəddin bəy: “Ə, görmürsən içəridə adam var”, – dedi. Qapını örtüb çıxdım və maşına oturub Şəmkirə qayıtdım. Bu formada müraciəti işlədiyim 10 il müddətində KQB-də, MTN-də heç kimdən görməmişdim və ümumiyyətlə, xüsusi xidmət orqanında tələb, tənqid yüksək olduğu qədər heç vaxt təhqir işlənməzdi. Sülhəddin Əkbər İsgəndər Həmidova olan şəxsi mənfi münasibətinin nəticəsi kimi mənə qarşı aqressivliyini hələ də davam etdirirdi.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Səhərisi günortadan sonra Daxili İşlər Nazirliyində olduq. İsgəndər Həmidov bizi qəbul etdi. Ağdamdan olan narahatçılığımızı çatdırdıq. İsgəndər bəy yaxın günlərdə Ağdam istiqamətində hücum olacağını, prezident seçkisi gününə – 7 iyuna uğurlu əməliyyat hazırlandığını deyib bizi bir az rahatlatdı. Üzünü mənə tutub:

    – İlham, yenə Gəncədə işləyirsən?

    – Şəmkirdə rəisəm.

    – Bəs Gəncədə kimdi rəis?

    – İndi boşdu. Cəbrayıl Nağıyevi çıxarıblar.

    – Bilirəm, Cəbrayıl deputat yoldaşımdı. Səni niyə qoymurlar ora? Özün də Gəncədə neçə illər işləmisən.

    Mən sakit dayanıb heç nə demədim. İsgəndər bəy telefonu qaldırıb köməkçisinə:

    – Milli Təhlükəsizlik nazirinə de ki, mənə zəng etsin, – dedi.

    Düzü, bir az təəccüb etdim ki, adətən xüsusi xidmət orqanı kimi MTN siyasi sıralamada öndə gəlir, amma hakimiyyət Fəxrəddin Təhməzovun deyil, milli azadlıq hərəkatının liderlərindən olan İsgəndər Həmidovunkudur. Ola bilər... F.Təhməzov zəng vurdu. Hal-əhvaldan sora İ.Həmidov:

    – Fəxrəddin müəllim, Gəncə şöbəsi boşdu, yoxsa kimisə təyin etmisiniz? Lap yaxşı, Şəmkirin rəisi İlham İsmayılov mənim qohumumdu. Özünüz də bilirsiniz ki, vətənpərvər, qoçaq oğlandı, Çaykənddə vuruşduğunu özüm görmüşəm. Mən xahiş edirəm, elə imkan varsa, İlhamı Gəncəyə rəis göndərin.

    İsgəndər bəy sağollaşandan sonra:

    – Dedi, sabah əmrini verəcəyəm.

    Mənə təşəkkür etmək qalırdı. İsgəndər bəylə xudaha­fizləşib Gəncəyə döndük.

    Ertəsi gün Şəmkirdə işə başlayanda Bakıdan xeyli zəng gəldi. İlk olaraq keçmiş rəisim Rəhman Mikayılov məni təbrik edib, kollektivlə əl-ələ verib işləməyi tövsiyə etdi. Bir neçə rəhbər işçilər də zəng vurub məni təbrik edirdilər. Axşama qədər zənglər qəbul etdim, amma kadrdan zəng gəlmədi. Növbəti gün heç bir zəng olmadı. Nazirə zəng vurmağı özümə sığışdırmadım. Bir gün də keçdi və Təhməzov zəng etdi. Nazir mənim təyinatımın alınmadığını söyləyib, birinci müavin Sülhəddin Əkbərin bu təyinata qarşı çıxdığını, səbəb kimi də mənim İsgəndər Həmidov tərəfindən tapşırıldığımı, onun qohumu olduğumu bildirib. F.Təhməzov:

    – İsgəndərlə Sülhəddinin arası yoxdu. Mən çalışdım, səni təriflədim, amma Sülhəddin israr etdi, Elçibəyə deyə­cəyini, heç cür imkan verməyəcəyini söylədi.

    Mən:

    – Narahat olmayın, Fəxrəddin müəllim, bəlkə də belə yaxşıdır, – dedim. Sonralar öyrəndim ki, Sülhəddin Əkbər bu məsələ ilə bağlı Elçibəyə məruzə edibmiş.
  • Vusala Mammadovahar citeretfor 3 år siden
    Səhərisi gün Xalq Cəbhəsi bir neçə silahlı adam və üzvləri ilə Mütəllibovu Moskvaya getməyə məcbur etdi. Milli Məclis çağırıldı, İsa Qəmbər MM-in sədri olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı. Ölkədə yeni dönəm yaranırdı, fərqli siyasət yürüdülür, yeni kadrlar təyin olunurdu.

    MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəd­din müəllim bir neçə ay əvvəl Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik nazirinin namizədliyini müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin (?!) İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət, Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb. Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli, o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)