Konan Doyl

Al-qırmızı Etüd

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
… Boş mənzildə meyit tapılır. Bu, Amerika vətəndaşı İnok
Drebberin meyitidir. Məşhur xəfiyyə-məsləhətçi Şerlok
Holms öz “həmkarları” polismenlər Lestreyd və Qreqsona
nisbətən bu ölüm hadisəsinin səbəbini tez aşkar edir və belə
qənaətə gəlir ki, İnok Drebberin ölümünə səbəb — zəhərdir.
Meyitin cibindən “C.H. Avropadadır” teleqramı, cinayət
baş vermiş yerdə isə nişan üzüyü tapılmışdı. Divarda qanla
“RACHE” (almanca “qisas” deməkdir) müraciət həkk
olunmuşdu. Eyni zamanda, mehmanxana nömrəsində İnok
Drebberin katibi Cozef Stencersonun bıçaqla qətlə yetirilmiş
meyiti və iki həb aşkar olunur. Şerlok Holmsun tədqiqatı
nəticəsində məlum olur ki, həblərdən biri zərərsiz, ikincisi
isə zəhərlidir.
Sonra məlum olur ki, “Al-qırmızı etüd” romanındakı bütün
həyəcanlı, cəlbedici, kriminal hadisələrin kökünü 30 il
əvvəldən axtarmaq lazımdır…
Denne bog er ikke tilgængelig i øjeblikket
135 trykte sider
Copyrightindehaver
Qanun Nəşriyyatı
Har du allerede læst den? Hvad synes du om den?
👍👎

Vurderinger

  • Nariman Aqayarlihar delt en vurderingfor 5 år siden

    Sadə üslubda yazılmış çox maraqlı dedektiv romandır.

  • Gunduz Memmedovhar delt en vurderingfor 9 år siden
    👍Værd at læse

    Cox gozel bir kitabdir, gozlenilmezliklerle dolu, macera, mehebbet, qisas ve nifret bu kitabda oz eksini cox gozel tapmisdir. Yeri gelmisken ikinci hisseye catdiqda yeni kitabin basladigini zenn etdim, amma esl kitab ele ikinci hisseden baslamisdir. Gozlerinizi ayira bilmeyeceyiniz, sehifeleri dayaadan ard-arda cevireceyiniz ve oxuduqdan sonra uzun zaman yaddasinizdan silinmeyecek, etrafinda cox dusunmeli olacaginiz bir kitabdir. Her birinize oxumanizi meslehet gorerdim.

  • Bahlul Valiyevhar delt en vurderingfor 8 år siden
    🙈Ikke min kop te
    🔮Overraskende
    💡Lærerig
    💞Superromantisk
    🚀Opslugende

    Qoy onlar məni fitə bassınlar, amma mən evdə əl çalıb, öz sandığımdan həzz alıram (Horatsi, Satiralar I, 66-67-ci misralar)

Citater

  • Mir Alihar citeretfor 9 år siden
    Təqib olunanlar təqib edənlərə çevrilmişdilər
  • Gunduz Memmedovhar citeretfor 9 år siden
    Bu, çox qəribə mənzərə idi, hərçənd bunu yırtıcı sarlardan başqa heç kim görmədi. Yerə sərilmiş şalın üstündə dizlərini yerə qoyaraq iki səyyah yan-yana dayanmışdı: pıçıldayan qız uşağı və fədakar, mətin sərsəri. Onun yorğun, arıq üzü və qızın totuq sifəti yuxarı dikilmişdi; hər ikisi buludsuz səmaya baxaraq təkbətək qaldıqları qüdrətli Tanrıya hərarətlə dua edirdi. İki səs – nazik, cingiltili və alçaq, xırıltılı – Ondan mərhəmət və əfv diləyirdi. Dua etdikdən sonra qayanın yaxınlığındakı kölgədə oturdular; qızcığaz öz himayədarının geniş sinəsinə qısılıb yuxuya getdi. O, uzun müddət qızın keşiyini çəkdi, ancaq yorğunluq getdikcə özünü göstərirdi. Üç gün, üç gecə gözlərini yummamış, istirahət etməmişdi. Ağırlaşmış gözləri tədricən yumulmağa başladı, başı isə yavaş-yavaş sinəsinə doğru əyildi. Onun çallaşmış saqqalı qızcığazın qızılı saçlarına toxundu. Hər ikisi yuxu görmədən bərk yatmışdılar
  • Gunduz Memmedovhar citeretfor 9 år siden
    Son gücünü toplayaraq yarğana endi, sonra heç olmasa bir damla su tapmaq ümidi ilə yoxuşu qalxdı, lakin qarşısında şoranlıq səhra və əlçatmaz dağ silsiləsi gördü. Heç bir yerdə su əlaməti olacaq nə bir ağac, nə də kolluq vardı! Bu ucsuz-bucaqsız ərazidə onun üçün ümid verəcək heç nə yox idi. Vəhşi, çaşqın baxışlarla şimala, sonra şərq və qərb tərəfə baxdı və anladı ki, onun sərsəri həyatının sonu gəlib, – öz ölümünü burada, çılpaq qayalıqda qarşılamalı olacaq. “Nə fərqi var, indi, yoxsa iyirmi beş il sonra pərqu döşəkdə” – nəhəng qaya parçasının kölgəsində oturmağa hazırlaşaraq öz-özünə deyindi.
    Lakin əyləşməzdən əvvəl, artıq lazımsız silahını və sağ çiyninə aşırıb özü ilə gəzdirdiyi, boz şalla bağladığı böyük düyünçəni yerə qoydu. Düyünçə, görünür, onun üçün həddindən artıq ağır idi, – çünki çiynindən götürdükdən sonra onu əlində saxlaya bilməyib yerə saldı. O saat şikayətli qışqırtı eşidildi və boz şalın içindən əvvəlcə parlaq qəhvəyi gözlü, kiçik, qorxmuş çöhrə, sonra isə iki çirkli və koppuş yumruq çıxdı.
    – Sən məni əzdin! – uşaq səsi hirslə dedi.
    – Doğrudan? – səyyah günahkarcasına cavab verdi. – Bağışla, qəsdən etmədim.
    O, düyünçəni açdı; oradan zərif ayaqqabılı, kətan önlüyü olan bəzəkli, çəhrayı don geymiş beş yaşlarında qəşəng bir qız uşağı çıxdı; onun geyimi ana nəvazişindən xəbər verirdi. Qızın sifəti solmuş və arıqlamışdı, amma möhkəm ayaqlarına və əllərinə baxdıqda görünürdü ki, o öz yoldaşından daha az əziyyət çəkib.
    – Ağrıtdı? – Barmaqlarını pırtlaşıq sarı saçlarının arasına salaraq boynunun ardını ovxalayan qıza baxıb, narahatlıqla soruşdu.
    – Öp, keçsin, – qız zədələnən yeri göstərib ciddi-ciddi dedi. – Anam həmişə belə edir. Bəs, anam hanı?
    – O getdi. Məncə, tezliklə onu görəcəksən.
    – Getdi? – qız soruşdu. – Bəs, mənə nə üçün “sağ ol” deməyib? O, hətta xalamgilə çay içməyə gedəndə də mənimlə sağollaşardı, indi isə üç gündür ki, yoxdur. Yaman susuzlamışam? Burada içməyə, ya da yeməyə bir şey yoxdur?
    – Burada heç nə yoxdur, əzizim. Bir az səbir et, hər şey yaxşı olacaq. Başını bura qoy, yaxşılaşacaqsan

På boghylderne

fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)