bookmate game
Çingiz Abdullayev

Milyardın dəyəri, Timsah xətti

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
  • Mir Alihar citeretfor 7 år siden
    Meksika arağı olan “tekila”nı içmək – xüsusi incəsənətdir
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    İnsan əməllərinin öyrənilməsilə məşğul olanların ən böyük çətinliyi, onları öz aralarında barışdırmaq və vahid izahat verməkdir. Çünki bizim əməllərimiz bəzən bir-birinə o qədər zidd olur ki, onların eyni adam tərəfindən törədildiyinə inanmaq mümkün olmur.
    Mişel de Monten “Əməllərimizin qeyri-sabitliyi haqqında”
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Zooparklarda timsahlar saxlanılan yerlərdə gözəgörünməz cizgi var. Onu heç kim keçməməlidir, – birdən Dronqo dedi, – yoxsa sakit uzanan, zahirən tərpənməz timsah cəld tullanıb bədbəxt adamı tutur. Belə hallarda xilas olmaq, demək olar ki, mümkün deyil. Siz bu xətti keçmisiniz, polkovnik və indi sizə yaxınlaşmaqda olan timsahın pəncəsindən necə xilas olacağınıza özünüz qərar verin. — Nə gözəl, – polkovnik dedi,
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Dronqo yazıb, nəhayət, tapançanı yığışdırdı. Və sağollaşarkən başıbəlalı prokuror köməkçisinə dedi:
    — Bu gün mənə dediyin hər şey aramızda qalacaq. Heç kim heç vaxt bu haqda bilməyəcək. Amma gələcək üçün deyim: bir daha güzəştə getmək lazım deyil. Yoxsa hamını rahatlıqla əldə edə biləcəyi fahişəyə çevriləcəksən. Ya pulla, ya da havayı, bu artıq zövq işidir.
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    — Siz azadlığı sevmirsiniz?
    — Mən azadlığı yaramazların öz maraqları üçün istifadə etməyini sevmirəm. Bu, dövlət səviyyəsində ediləndə faşizm olur. Küçə səviyyəsində olanda, otuzuncu illərin Çikaqosunda və indi MDB-də olan kriminal hərc-mərclik olur.
  • Mir Alihar citeretfor 7 år siden
    Sözlər heç də həmişə insan qəlbinin əsl durumunu ifadə edə bilmir.
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Biz başqalarının qarşısında o qədər riykarlıq etməyə alışmışıq ki, axırda özümüzə də riyakarlıq edirik. Fransua de Laro ş fuko
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Rouds ayağa qalxıb əlini uzatdı. — Siz təəccüblü insansınız, Dronqo, – o dedi, – bilirsiniz, sizin kimi adama heç vaxt rast gəlməmişəm. Siz elə bir inam təlqin edirsiniz ki, Şərəf və Həqiqət, doğrudan da, çox dəyərlidir. Tanrı isə Şeytana qalib gələ bilər. Dronqo sanki onun dedikləri ilə razılaşırmış kimi başını tərpətdi. Rouds Dronqonun əlini möhkəm sıxdı. Onlar qapıya tərəf getdilər. Siqrid geri çevrilib ona əl yellədi. Tək qalandan sonra Dronqo təəccüblə hiss etdi ki, birinci dəfə olaraq, ürəyi ağrıyır. Özü də təsəvvür etmirdi ki, o belə güclü ağrıya bilər.
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Uxanov gülümsədi. Qanunlarla heç yerdə hesablaşmırlar: nə hökumətdə, nə nazirlikdə, nə də Dumada. Qanunlar sanki elə-belə, küçədəki insanlar üçün yazılır. Kimə ki “həsr olunub”, onlar, sadəcə olaraq, etina edilməməli qaydalar idi.
  • Bahlul Valiyevhar citeretfor 7 år siden
    Olmaz, — o sərt halda dedi, – yaxına gəlmək olmaz. Hər timsahın öz xətti, öz cizgisi olur. O xətti keçsəniz, siz artıq qaça bilməzsiniz. Mən azca yan tərəfdə dayanmışam və təhlükə anında hara hoppanmaq lazım olduğunu bilirəm. Amma siz bunu bilmirsiniz. Siz qaçmağa macal tapmazsınız. Bu heyvanlar çox cəld və hiyləgərdirlər. Onun sakit, yatırmış kimi qapalı gözlərlə durduğuna baxmayın. Əslində isə, o sizi əldə edə biləcəyi xətti keçməyinizi gözləyir. Onda artıq sizə heç nə kömək etməyəcək. O, meymun kimi tullanmağı bacarır. Biz belə deyirik: əgər şeytan kiminsə şəklinə düşməyə qərar versə, o, timsaha çevrilər.
    Bu an böyük timsah gözlərini açdı. Sanki yanında duran yaşlı adamın nə danışdığını anlayırdı. Doğrudan da onun tərəfinə tullandı. Amma təlimçi artıq orada yox idi. Axı o demədi ki, insan daha təhlükəli və daha hiyləgərdir. Hərçənd, Dronqo bunu başqalarından daha yaxşı bilirdi.
fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)