bookmate game
Fyodor Dostoyevski

Qumarbaz

Giv mig besked når bogen er tilgængelig
Denne bog er ikke tilgængelig i streaming pt. men du kan uploade din egen epub- eller fb2-fil og læse den sammen med dine andre bøger på Bookmate. Hvordan overfører jeg en bog?
Söz sənətinin nəhənglərindən biri, rus və dünya ədəbiyyatının klassiki Fyodor Mixayloviç Dostoyevski bu romanı mübaliğəsiz, iki daşın arasında yazıb. Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində — 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.
“Qumarbaz” 1863-cü ilin payızında “Ruletenburq” adı altında, həm də hekayə kimi düşünülmüşdü. 1862, 1863 və 1865-ci illərin yayında Almaniyanın cənubundakı Baden-Baden kurort şəhərinə gedən və burada ruletka ilə “xəstələnən”, Apollinariya Suslovayla eşq macəraları yaşayan Dostoyevski yaşantılarını kağıza köçürməyi planlaşdırmışdı. Əsərin qəhrəmanı xaricdə yaşayan rus olmalı idi.
“…Başlıca məsələ ondadı ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O, qumarbazdı, amma Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı kimi, o da adi qumarbaz deyil. O, özünəxas şairdi, bununla belə iş burasındadı ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərindən hiss eləyir… “Bütün hekayət ondan ibarətdi ki, o, üçüncü ildi, qumarxanalarda ruletka oynayır…” — Dostoyevski məktublarının birində yazırdı.
Denne bog er ikke tilgængelig i øjeblikket
184 trykte sider
Copyrightindehaver
Qanun Nəşriyyatı
Har du allerede læst den? Hvad synes du om den?
👍👎

Vurderinger

  • Muhammed Damirovhar delt en vurderingfor 4 år siden

    Əsl centlmen, əgər bütün var-yoxunu uduzsa da, həyəcanlanmamalıdır. Pul centlmenlikdən o qədər aşağı olmalıdı ki, demək olar, onun qayğısını çəkməyə dəyməsin...

  • Isa Hacizadehar delt en vurderingfor 2 år siden
    👍Værd at læse

    Yaxşı Kitabdır amma tərcüməsin bir elə problem var yaxşı tərcümə olunmayıb mən bu kitabın özünü oxuyub bitirmək üzrəyəm dediyim kimi tərcümə səhvləri var
    Amma maraqlı kitabdır
    Əsl söhbət Centlmenlikdən gedir
    Bir Centlmen bütün pulunu uduzsa belə heyifslənməməlidir

  • Tarlan Umudovhar delt en vurderingfor 4 år siden
    👍Værd at læse

    Maraqlı kitabdır. Amma tərcüməsi elə də yaxşı deyil.

Citater

  • Xuraman Memmedovahar citeretfor 3 år siden
    mən taleyin bütün bu mənasız təkanlarından ucadayam…
  • Xuraman Memmedovahar citeretfor 3 år siden
    Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi mümkünsüz olan bir şey kimi qəbul eləyirsən!
  • M.Vəlizadəhar citeretfor 6 år siden
    Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində – 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.

På boghylderne

fb2epub
Træk og slip dine filer (ikke mere end 5 ad gangen)